Bakıda sürmək üçün maraqlı trek var.
KONKRET.az “Gpblog.com”a istinadən xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Maks Ferstappen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
“Buraya gəlmək həmişə yaxşı çağırışdır. Biz yenidən yarışa qoşulmağa hazırıq. Həftəsonu hansı nəticənin olacağını birlikdə görəcəyik”, – deyə 26 yaşlı niderlandlı sürücü bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.