İnanmıram ki, Rəşad Sadıqovun yığmada 111 oyunluq hədəfinə çata bilərəm. Ona görə də yəqin ki, bir ildən sonra karyeramı bitirəcəyəm”.
KONKRET.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev evdə “Qəbələ”yə 5:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli oyunçu milli komandada çox oynamasının mümkün olmadığını da diqqətə çatdırıb: “Püşkatmada biz aşağı səbətlərdə oluruq. Sağlamlığımda problem olmasa, bəlkə də millidə 100 oyun həddinə çata biləcəyəm”.
