Malatyanın Argüvan rayonunda İsmət Budak həyat yoldaşını, qızını və nəvəsini tapança ilə öldürüb, sonra da eyni silahla həyatına son qoymağa cəhd edib. Xəsarət alan Budak xəstəxanaya aparılıb.
KONKRET.az xəbər verir ki, dəhşətli hadisə gecə saatlarında rayonun Güveçli məhəlləsində baş verib. İddiaya görə, fermer İsmət Budak boşanma prosesində olan qızı Cansu Aslanla (33 yaş) mübahisə edib.
Artan mübahisədə İsmət Budak üzərində olan silahla həyat yoldaşı Songül Budak (64 yaş), qızı Cansu Aslan və nəvəsi Bülem Aslana (5 yaş) atəş açıb.
İsmət Budak daha sonra eyni silahla özünü çiynindən vurub.
Həyat yoldaşını, qızını və nəvəsini öldürərək intihar etmək istəyərkən yaralanan İsmət Budak təcili yardımla Turqut Özal Tibb Mərkəzinə aparılıb. Meyitlər məhkəmə tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az