“Bir neçə ildir ki, Nikol ən dəhşətli şeyləri edir. Əvvəlcə nə baş verdiyini anlamaq istəyirdim. Əvvəlcə məğlubiyyətin arxasında Britaniya qüvvələrinin olduğunu deyirdilər. Çox düşündüm, çünki orada olduğu açıq-aydın görünürdü. Lakin sonr mən belə nəticəyə gəldim ki, bu, türk planıdır, Nikol Paşinyan qəsdən hər şeyi qarışdırır ki, nə etdiyini başa düşməyəsən. O, bununla öz qara biznesini irəli aparır, amma indi əminəm ki, o, türk planını həyata keçirir. Məqsəd Ermənistanı milli dövlət kimi aradan qaldırmaqdır. Ola bilsin ki, türklər Ermənistanı çox narahat etməsə, formal bir qurum kimi qalmasına dözəcəklər, amma milli dövlət kimi ölkəmiz yox olacaq”. “
KONKRET.az xəbər verir ki, bu sözləri Şair Marine Petrosyan vurğulayıb.
Marine Petrosyanın sözlərinə görə, milli dövlətin tarixi yaddaşı və ondan irəli gələn öhdəlikləri və məqsədləri var. “Bugünkü kontekstdə Suriyada baş verənlər inanılmaz idi, çünki o ölkə ərazi və əhali baxımından bizdən də böyükdür. Bəs necə oldu ki, ölkə dağıldı. Çünki xarici qüvvələrlə yanaşı Bəşər Əsəd rejiminin artıq milli oxu yox idi.
Paşinyan xalqa başa saldı ki, bizim birinci Qarabağ müharibəsindəki qələbəmiz saxta imiş. Yəni biz buna layiq deyildik. Bu o deməkdir ki, siz bir daha nə Türkiyəyə, nə də Azərbaycana heç bir tələb irəli sürməyəcəksiniz, əksinə, Azərbaycan yenə də sizə tələblər irəli sürəcək”.
Şairin fikrincə, Nikol Paşinyanın ən güclü tərəfi onun taktikası olması, mütəmadi olaraq diskursunu saxlamasıdır. “Nikol o qədər axmaq şeylər deyir ki, sadəcə adamın beyni qarışır. Bu, çox çətin vəziyyətdir. Siyasi baxımdan bunun ekstremal bir vəziyyət olduğunu başa düşürəm, çünki siyasətçi deyiləm. Mən eyni zamanda psixoloqam və hesab edirəm ki, Paşinyanı məğlub etmək üçün psixi sahədə dəyişiklik etmək lazımdır, ən əsası isə birbaşa ona qarşı çıxmaq, onun diskursunda iştirak etmək lazım deyil, onun etdiklərinin əksini etmək lazımdır. Demək istəyirəm ki, bir erməni şairi kimi onun sındırmağa çalışdığını gücləndirməyi mümkün hesab edirəm. Bu, bizim son 30 ildəki səhvimiz idi, bunun nəticəsində biz milli olanı yeniləmədik.
Nikol Paşinyanın komandasında yaxın olduğum insanlar var və bu istiqamətdə nəyin necə getdiyini bilirəm.
Marine Petrosyan müxtəlif siyasi qüvvələrin yaranmış vəziyyətə görə xalqı günahlandırmasından çox narahatdır. “İnsanlar arasında sosial nifrət oyanıb. İnsanlar obyektiv səbəblərdən ötəri ancaq siyasi sahədə güclənib. Postsovet dövrü başa çatıb, yeni dövr başlayıb, onun hara aparacağı hələ bəlli deyil, tamamilə yeni qanunlar var, amma problem ondadır ki, bir çox insanların beynində əvvəlki dövrə aid şeylər işləyir: Rusiyadan ayrılmaq. Nikol bizi Qərbə aparır və bu diskurs hələ də bütün dəyərlər sistemini dəyişdirir. Onun təbirincə desək, qəhrəman indiki dövrdə yalnız vergiyığandır.
Marine Petrosyan vurğulayıb ki, milli sahədə oyanışa nail olmaqla Paşinyanın planlarını pozmaq lazımdır. “Biz Nikol Paşinyanın şüurlu şəkildə məhv etdiyi milli həmrəyliyi bərpa edəcəyik.
Bugünkü vəziyyətdə diasporda əhval-ruhiyyənin necə olduğunu bilirəm. Diaspora Ermənistanda baş verənlərdən məəttəl qalıb və artıq kənara çəkilmək istəyir, çünki o, nə edəcəyimizi anlamır, bu, bizim üçün dağıdıcıdır”.
Günel Mikayılova,
KONKRET.az