Masallıda qanunsuz ov edənlər saxlanıldıbackend

Masallıda qanunsuz ov edənlər saxlanıldı

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini – İ.Fərəcullayev və A.Əkbərov saxlanılıblar.

Onlardan sənədləri olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlar üzrə Masallı RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*