Masazırda yaşayış binasında yanğın – Ölən varbackend

Masazırda yaşayış binasında yanğın - Ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən KONKRET.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin  meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*