Mask yenə tvit yazdı: Kriptovalyuta bahalaşdı – FOTObackend

Mask yenə tvit yazdı: Kriptovalyuta bahalaşdı - FOTO

“Dogecoin” kriptovalyutasının məzənnəsi çərşənbə axşamı 10 %-dən çox artaraq 0,148 min dollara çatıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu, “Tesla” və “SpaceX”in sahibi İlon Maskın “McDonald’s” restoranları şəbəkəsinə bu kriptovalyutada ödənişləri qəbul etməyi təklif etməsindən sonra baş verib.

Amerikalı iş adamı özünün “Twitter” səhifəsində izləyicilərinə söz verib ki, əgər restoranlar şəbəkəsi ödəniş üçün “Dogecoin” qəbul etməyə başlasa, o, televiziya efirində “McDonald’s Happy Meal” yeyəcək.

Qeyd edək ki, Maskın paylaşımından əvvəl “Dogecoin”in dəyəri 0,136 min dollar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*