Maskalar endi, əsl sima ortaya çıxdı: Sevinc Osmanqızı özünün erməniçiliyini necə ortaya çıxardı? – AÇIQLAMAbackend

Maskalar endi, əsl sima ortaya çıxdı: Sevinc Osmanqızı özünün erməniçiliyini necə ortaya çıxardı? - AÇIQLAMA

ABŞ-ın Vaşinqton şəhərində məskunlaşan jurnalist Sevinc Osmanqızı növbəti dəfə qeyri-adekvat ifadəsi və düşüncə tərzi ilə gündəmə gəlib. Belə ki, onun “kaş Prezidentimiz Paşinyan olardı” deyə təəssüf hissini paylaşması dünya azərbaycanlılarının qəzəbinə səbəb olub.

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, hazırda elə bir dönəmdən keçirik ki, bu, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir: “Otuz illik işğal rejimi artıq başa çatıb. Bunu Azərbaycan əsgəri, 3 min Azərbaycan şəhidi, xalq və Ali Baş Komandan bacarıb. Artıq Zəngəzur dəhlizi işə düşmək üzrədir. Azərbaycanın qazandığı hərbi qalibiyyət, iqtisadi uğurlarla müşaiyət olunur. Çünki bölgədə hər kəsin əməkdaşlıq edib, faydalı çıxacağı böyük layihələr ərsəyə gəlməkdədir. Bunun mərkəzində dayanan birləşdirici faktor isə Azərbaycandır. Təbii ki, bütün bu uğurların qarşısında dayanan çoxlu sayda düşmən var. Bu, erməni lobbisi, düşmənlə əlaqəli olan beynəlxalq təşkilatlar və anti-Azərbaycan mərkəzlərdir. Onlar Azərbaycanın vacib atributlarını illərdir hədəfə alıblar, qırmızı xətti çoxdan keçiblər. Onların sırasında biz gözlənilməz də olsa xəyanətləri müşahidə etmişik. Amma Azərbaycan hökuməti böyük bir dövlət idarəetməsinə, dərin və strateji düşüncəyə malikdir. Ona görə də, bu cür nüanslar ölkəni sarsıtmadı və qalibiyyətimizin qarşısını ala bilmədi”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli əlavə edib ki, bu gün Azərbaycana qarşı müxtəlif mərhələlərdə hücumlar təşkil olunur: “Çox təəssüf ki, bu hücumların içərisində xaricdə oturub Azərbaycan hakimiyyəti əleyhinə fəaliyyət göstərən blogerlər şəbəkəsi də var. Onların içərisində Sevinc Osmanqızı müstəsna seçilir. Bu şəxs Qarakənd faciəsində şəhid olan Osman Mirzəyevin qızıdır. Osman Mirzəyev Azərbaycan tarixində unikal yeri olan, xalqın qəlbində yaşayan, bir şəxsiyyət idi. Azərbaycanın çox qarışıq bir dönəmlərində ölkəyə rəhbərlik edən komandada təmsil olunub. Onun dünyadan köçməsinə səbəb məhz ermənilər olub. Bütün bunlara rəğmən, onun qızının sərgilədiyi mövqe, “istərdim ki, Paşinyan Azərbaycanın rəhbəri olsun” devizi ilə meydana çıxması, qırmızı xəttlərin tapdalanması deməkdir. Bu heç bir məntiqə sığmır və siyasi həyasızlıq nümunəsidir. Hesab edirəm ki, Sevinc Osmanqızı o nüansda haqlıdır ki,  “Paşinyan məhz onun prezidentidir”. Ölkə Prezidentini Paşinyanla müqayisə etmək, bunu beyinlərə yeritmək Sevinc Osmanqızını xilas etməz. Bu, erməni düşüncəsinin məhsuludur. Qalib bir Prezidenti həm diplomatiyada, həm idarəetmədə dəfələrlə zəif olan biri ilə müqayisə etmək və ictimai rəydə bu formada gözdən salmağa çalışmaq yalnız erməni faşizminin düşüncə istiqaməti ola bilər. Əlbəttə ki, bunlar əks effekt verdi. Sevinc Osmanqızının özünün erməniçiliyini, erməni olmasını, erməni düşüncəsinin daşıyıcısı olmasını ortaya çıxardı. Onun iç üzünü bundan gözəl heç bir fakt aça bilməzdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*