“Məcburi vaksinasiyaya yol verməyəcəm” – Qaribaşvilibackend

"Məcburi vaksinasiyaya yol verməyəcəm" - Qaribaşvili

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsində məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib

Bu barədə KONKRET.az yerli KİV-lərə istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, vətəndaşları məcbur yox, əmin etməlidilər ki, vaksinasiya yeganə, alternativsiz çıxışdır.

“Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın azad seçim hüququ və imkanı var”, – deyə İrakli Qaribaşvili bildirib.

Xatırladaq ki, son sutka ərzində Gürcüstanda koronavirusa 3 436 nəfər yoluxub, 4 483 xəstə sağalıb, 43 nəfər vəfat edib./trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*