Mədəniyyət nazirindən Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə cavabbackend

Mədəniyyət nazirindən Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə cavab

“Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı”.

KONKRET.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq”./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*