Məhkumlar səs verdilər – FOTObackend

Məhkumlar səs verdilər - FOTO

Fevralın 7-də media subyektlərinin nümayəndələrindən ibarət qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində səsvermə prosesini müşahidə ediblər.

KONKRET.az xəbər verir ki, bu gün keçirilən prezident seçkilərində Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.

Penitensiar müəssisələrdə səsvermə prosesi davam edir.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı məntəqələrində səsvermə keçirilir.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə siyahı üzrə 1362 seçici qeydiyyatdadır və indiyədək 300-ə yaxın məhkum səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*