Məktəb direktoru qəzada həyatını itirdi – YENİLƏNİBbackend

Məktəb direktoru qəzada həyatını itirdi - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ağır yaralanan məktəb direktoru Ramiz Məmmədov vəfat edib.

KONKRET.az-ın verdiyi məlumata görə, Ramiz Məmmədov ağır vəziyyətdə Masallı rayonunda özəl xəstəxanaların birinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

15.52

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın verdiyi məlumata görə yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan – Daşdatük – Biləsər yolunda qeydə alınıb.

Ramiz Məmmədovun idarə etdiyi “Nissan Tida” markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

Nəticədə “Nissan Tida”nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işdə çalışır.

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*