“Məqsədimiz bu müharibəyə son qoymaq üçün Vladimir Putinə böyük təzyiq göstərməkdir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib. O bildirib ki, Putin hələ də Ukraynanı məhv etmək istədiyini desə də, Rusiya “real, ciddi danışıqlara” “hazırlıq əlamətləri” nümayiş etdirir.
O, həmçinin qeyd edib ki, Rusiyaya təzyiq müəyyən effekt verməyə başlayır. Diplomat əlavə edib ki, cəmi iki həftəlik müharibədə Vladimir Putin Rusiyanın 30 illik iqtisadi inkişafını məhv edə bilib.
Xuraman Etibarlı,
KONKRET.az
