Mərasim evində tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin vəziyyətibackend

Mərasim evində tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*