Məşhur britaniyalı müğənni Stinq və həyat yoldaşı Trudi Stayler də ukraynalılar üçün böyük məbləğdə ianə bağışlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Help Ukraine.center” qurumunun rəhbəri, ukraynalı iş adamı Andrey Stavnitser sosial şəbəkədə məlumat yayıb.
“”Help Ukraine.center” olaraq çox gözəl bir xəbəri paylaşmaqdan məmnunuq, Stinq və onun həyat yoldaşı Trudi Stayler də bizə çox böyük dəstək verib. Bundan əlavə, Stinq ailəsi Böyük Britaniyadan Polşadakı anbarımıza müharibənin əsarətində olan və münaqişələrdən qaçan uşaqlara, onların analarına lazım olan isti yorğanlar, paltarlar, həmçinin dərman və ərzaqdan ibarət böyük humanitar yardım partiyası göndərir”.
