Tolgahan Sayışmanın həyat yoldaşı Almeda Abazi ölümdən dönüb.
KONKRET.az xəbər verir ki, Türkiyəli aktyor Tolgahan Sayışmanın həyat yoldaşı Almeda Abazi təcili xəstəxənaya yerləşdirilib. Qəfil başlayan və səngiməyən şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilən model əməliyyat olunub və öd kisəsi çıxarılıb.
Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, məşhur aktyor Tolgahan Sayışman 2017-ci ildə Los-Ancelesdə Almeda Abazi ilə ailə qurmuşdu.//Milli.Az