Məşhur narkobaron Ovidio Quzman Lopez Meksikada həbs edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həbs zamanı iki helikopter və bir təyyarə vurulub.
Məlumata görə, narkobaron saxlanılandan sonra şəhərin küçələrində baş verən atışmalarda azı 7 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Şəhər rəhbərliyi sakinlərə evlərini tərk etməməyi tövsiyə edib, məktəb və universitetlərdə dərsləri ləğv edib.
Quzman Lopez Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Mexiko şəhərinə aparılıb və həbsxanaya yerləşdirilib.
Meksika Müdafiə Nazirliyi yanvarın 5-də axşam saatlarında Sinaloa ştatının Culiacan şəhərində narkobaronun saxlanılmasını təsdiqləyib.
Qubernator Ruben Roça Moya polislə mühafizəçilər arasında baş verən qarşıdurma zamanı 10 nəfərin öldüyünü, azı 29 nəfərin yaralandığını bildirib. Narkobaronun mühafizəçiləri zirehli maşınlarına quraşdırılmış iri çaplı silahlarla iki helikopteri, Culiacan hava limanında isə bir təyyarəni vurub.
Qeyd edək ki, Ovidio Quzman Lopez məşhur narkobaron “Sinaloa” narkokartelinin lideri “El Çapo” ləqəbli Xoakin Quzmanın oğludur.
O, 2019-cu ildə saxlanılaraq ABŞ-a təhvil verilib. Amerika məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib. Vaşinqton həmçinin Ovidio Quzman Lopezin ekstradisiyasını tələb edir.

İqbal Rzayev,
KONKRET.az
