Məşhur yazar ukraynalı uşaqlar üçün 2,2 milyon topladıbackend

Məşhur yazar ukraynalı uşaqlar üçün 2,2 milyon topladı

“Harri Potter” kitabın müəllifi Coan Roulinq Rusiyanın Ukraynaya hücumu nəticəsində zərər çəkmiş uşaqlara yardım olmaq üçün ianə kompaniyası başladıb.

KONKRET.az xəbər verir ki, yazar sahibi olduğu “Lumos” xeyriyyə fondu vasitəsilə həyata keçirdiyi ianə aksiyası nəticəsində 1 milyon funt sterlinq (2,2 milyon manatdan çox) toplayıb.

Coan tviter hesabında vəsaitin toplanmasında iştirak edən şəxslərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada anadan olan aktrisa Mila Kunis və həyat yoldaşı Eşton Katçer də ianə kampaniyası başladıb və özləri də 3 milyon dollar yardım ediblər. Ümumilikdə cütlük 30 milyon dollar toplamağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*