Metroda intihar etmək istəyən gənc Vətən müharibəsi iştirakçısı imişbackend

Metroda intihar etmək istəyən gənc Vətən müharibəsi iştirakçısı imiş

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:

“Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.

Hadisənin təfərrüatı araşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*