Metroda sərnişin stansiya yoluna düşdü -VİDEObackend

Metroda sərnişin stansiya yoluna düşdü - VİDEO

Metronun “Memar Əcəmi” stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

KONKRET.az xəbər verir ki, “Bakı Metropoliteni”ndən verilən məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb.

Lakin stansiya yolunda olan kişi sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb.

İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*