Meyxanaçı Ağakərimin oğlu Naziləni polisə verdibackend

Meyxanaçı Ağakərimin oğlu Naziləni polisə verdi

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən hüquq-mühafizə orqanlarına şikayət edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, qafqazinfo-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna səbəb Səfərlinin ona böhtan atması olub:

“Ona cavab verməkdən yoruldum. Məni narahat edir. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yönləndirdilər. Ərizə yazdım”.

Qeyd edək ki, daha əvvəl N.Səfərli K. Novruzovu atası Ağakərimə psixatrop iynələr vurmaqda ittiham etmişdi:

“Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*