Mikrofon açıq qaldı, dekan rüsvay oldu – VİDEObackend

Mikrofon açıq qaldı, dekan rüsvay oldu - VİDEO

Türkiyədə Qazi Universitetinin dekanının hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

KONKRET.az sondakika.com-a istinadən xəbər verir ki, Orxan Acar videokonfrans zamanı mikrofonunun açıq olduğunu unudub.

O, tələbələrinin adlarını oxuduğu zaman yanındakı şəxsə “qızların şəkillərini də görürük” deyib.

Həmin şəxs dekana mikrofonun açıq olduğunu və tələbələrinin hər şeyi eşitdiyini bildirib.

Bu zaman dekan “yandıq ki…” deyə reaksiya verib.

Son məlumata görə, həmin dekan vəzifəsindən istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*