Milli Məclis Prezident İlham Əliyevi TƏBRİK ETDİbackend

Milli Məclis Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

KONKRET.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevi anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində uğurlar diləyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevi doğum günü münasibətilə ayaq üstə alqışlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*