Milyonçular kütləvi şəkildə Rusiyadan pullarını çıxarırlar.
KONKRET.az xəbər verir ki, bu barədə rus mediası Rusiya Mərkəzi Bankına istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, varlı ruslar Rusiya Federasiyası Mərkəzi Bankının güzəştindən istifadə edərək kapitallarının ölkədən çıxarılmasını sürətləndiriblər.
İyul ayında tənzimləyici xarici valyuta köçürmələrinə qoyulan məhdudiyyətləri aradan qaldıraraq aylıq limiti 1 milyon dollara çatdırıb.
Rusiya mediası brokerlərə istinadən yazır ki, o vaxtdan imkanlı müştərilər bu məbləğə stabil valyuta alışına keçiblər.
Pulun böyük hissəsi Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə, eləcə də rusların daşınmaz əmlak aldıqları Türkiyəyə düşür. Brokerlərin hesablarında vəsait gecikdirilmir. Yüksək komissiya xərclərinə görə Rusiyada dollar və avro saxlamaq sərfəli deyil.
Ümumilikdə, Rusiya Mərkəzi Bankının məlumatına görə, fevral ayından bəri ölkədən 1,019 trilyon rubl xarici valyuta çıxarılıb.
Xuraman Etibarlı,
KONKRET.az
