Mingəçevirdə idaretmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib.
Belə ki, idarəetmədən çıxan “Xəzər” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü 2003-cü il təvəllüdlü Nihad Məmmədov xəsarət alıb, o xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
