Minik və yük avtomobili toqquşdu, xəsarət alanlar varbackend

Minik və yük avtomobili toqquşdu, xəsarət alanlar var

Ağcabədidə yol qəzası baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qızı, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*