Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmirbackend

Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

Tailanddakı rus turistlər sanksiyaya görə vətənə qayıda bilmirlər.

KONKRET.az-ın xəbərinə görə, Tailannda karantin təbirləri yumşaldılandan sonra rusiyalı turistlər bu ölkəyə axın edib.

Ukrayna münaqişəsinə görə tətbiq edilmiş sanksiyalar nəticəsində Rusiyanın beynəlxalq hava əlaqələri kəsilib. Tailand Turizm Agentliyinin məlumatına görə, ayrı-ayrı turizm zonalarındakı 5100-dən çox Rusiya vətəndaşı ölkəyə qayıtmağa çalışır. Hazırda Rusiya tərəfi ilə xüsusi reyslər ayrılması üçün danışıq aparılır. Dövlət qurumları Yaxın Şərq ölkələrindən birinə xüsusi reyslər həyata keçirməyi təklif ediblər.

Rusiya vətəndaşları üçün digər problem Visa və Mastercard sistemli bank kartlarının işləməməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*