MİQ müsahibə mərhələsində iştirak etməyən 744 müəllimin taleyi necə olacaq?backend

MİQ müsahibə mərhələsində iştirak etməyən 744 müəllimin taleyi necə olacaq?

Avqustun 14-dən etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 22-də yekunlaşıb.

Müsahibə mərhələsinə ümumilikdə 5740 namizəd dəvət olunub.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb.

KONKRET.az müsahibə mərhələsində iştirak etməyən müəllimlərin sayı barədə araşdırma aparıb.

Təhsil İnstitutunun nəzdində olan İnsan Resursları Mərkəzinin “Facebook” hesabındakı paylaşım əsasında apardığımız araşdırma zamanı məlum olub ki, müsahibə mərhələsində iştirak üçün dəvət olunan namizədlərdən 744-ü müsahibədə iştirak etməyib.

Müəllimlərin müsahibə mərhələsində iştirak etməmələri sosial media hesablarında birmənalı qarşılanmayıb.

Belə ki, müsahibə mərhələsinə dəvət olunmayan müəllimlər bunu özlərinə qarşı haqsızlıq olaraq qiymətləndiriblər.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*