Mirzoyan onunla sülh müqaviləsindən danışıbbackend

Mirzoyan onunla sülh müqaviləsindən danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə rəsmi İrəvan məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesindən danışıblar.

İki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi vurğulanıb.

Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.

Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*