Modul tipli xəstəxanalar adi tibb müəssisələri kimi istifadəyə verilə bilərmi? – AÇIQLAMAbackend

Modul tipli xəstəxanalar adi tibb müəssisələri kimi istifadəyə verilə bilərmi? - AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, modul tipli xəstəxanalar ehtiyat fondu kimi qalacaq. Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət qənaətbəxş olaraq qiymətləndirilir. Buna görə də əksər xəstəxanalar demək olar ki, boşdur. Nazir əlavə edib ki, modul tipli xəstəxanalar bağlanmayıb, fəaliyyətlərini dayandırıblar.

Bəs görəsən həmin xəstəxanalar adi tibb müəssisələri kimi istifadəyə verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.aza açıqlama verən həkim-radioloq Aydıın əliyev bildirib ki, buna ehtiyac yoxdur: “Hazırda ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələrinin sayı kifayət qədərdir. Lakin xəstə sayı artarsa və mövcud müəssisələrin çarpayısı kifayət etməzsə, bu zaman yenidən modul tipli xəstəxanalar fəaliyyət göstərə bilər. Lkain hələlik buna ehtuyac yoxdur”.

Həkim: “Mən səhiyyədə ciddi keyfiyyət dəyişikliyi müşahidə etmirəm”

Həkimin sözlərinə görə, böyük həcmli tibb mərkəzlərində olan şərait modul tipli tibb müəssisələrində yoxdur: “Orada intensiv terapiya, reanimasiya tədbirləri, cərrahi əməliyytlar üçün lazımi şərait yoxdur. Modul tipli xəstəxanalarda oksigen təchizatı var. Lakin ehtiyac olarsa bu xəstəxanalar yenidən istifadəyə verilə bilər. Burada qeyri-adi heç nə yoxdur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*