Moldovalı deputat: “Bəsdirin, müxalifəti ələ saldınız!”backend

Moldovalı deputat: "Bəsdirin, müxalifəti ələ saldınız!"

“Ölkə hakimiyyəti heç bir izahat vermədən Kişinyov hava limanında bir qrup müxalifəti saxlayıb. Hələ bu azmış kimi Moskvada keçirilməsi nəzərdə tutulan qurultayın nümayəndələrini ələ salıb”.

KONKRET.az xəbər verir ki, Moldova parlamentinin üzvü İrina Lozovan respublika rəhbərliyinin davranışlarını qəbuledilməz adlandlrıb.

“İnsanların hansı səbəbdən hava limanından çıxmasına icazə verilmədiyi və üç saata yaxın saxlandığı bəlli deyil. Sadəcə, aydındır ki, hakimiyyət öz vətəndaşlarını ələ salmaqda davam edir”, – deputat vurğulayıb.

Qeyd edək ki, Moldova parlamentinin üzvü Marina Tauber Rusiya paytaxtında müxalifət nümayəndələrinin qurultayından qayıdan siyasətçilərin Kişinyov hava limanında saxlandığını bildirib. O əlavə edib ki, səlahiyyətli orqanların nümayəndələri guya qeydiyyat proqramındakı uğursuzluğa görə saxlanılıb. Amma əsl səbəb əlbəttə ki, bu deyil.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*