Monqolustanda bunu qadağan etdilər – Nəticə göz qabağındadırbackend

Monqolustanda bunu qadağan etdilər - Nəticə göz qabağındadır

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Monqolustanda xam kömür yandırmaq qadağan edilib.

Qeyd edək ki, bu ilin mart ayında Monqolustan hökuməti xam kömürün istifadəsini tamamilə qadağan etmək qərarına gəlbi. Bunun üçün yerli qanun pozucularına 300 min tuqrik (113 ABŞ dolları), böyük müəssisələrə isə 3 milyon tuqrikt (1334 dollar) cərimə ediləcək. Yeri gəlmişkən, Monqolustanda qışda temperatur -40 dərəcəyə qədər enir.

Ulan-Batorda noyabr həftəsinin ilk günlərində havada zəhərli maddələrdə hər il azalma qeydə alınıb.

Bu dövrdə Ulan-Batorda havada PM2.5-in orta konsentrasiyası hər kub metrə görə 120 mikroqrama düşüb ki, bu da bir il əvvələ nisbbətən 55 ffaiz azdır.

Xatırladaq ki, Ulan-Bator dünyanın ən çirkli şəhərlərindən biridir, çünki ölkə əhalisinin yarısı şəhərə köçüb. Ulan-Batorda havanın çirklənməsinin əsas günahkarı, 220 mindən çox ailənin yaşadığı evlər icmasından gələn tüstüdür.

Bu günə qədər paytaxtda cəmi 36 kömür yanması pozuntusu qeydə alınıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*