“Moskva Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupunun iclasında kommunikasiyaların blokdan çıxarılması üçün “paket” razılaşmasına ümid edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
“Regionda nəqliyyat kommunikasiyalarının bərpası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas elementlərindən biridir. Üçtərəfli qrup çərçivəsində iki ölkə arasında dəmir yolu və avtomobil kommunikasiyalarının işə salınması “paketi” razılaşdırılır”, – Qonçar əlavə edib.
İqbal Rzayev,
KONKRET.az
