“Moskva Ukrayna və Rusiya XİN rəhbərlərinin Türkiyədə görüşməsi ideyasını dəstəkləyir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov deyib. O bildirib ki, Moskva Türkiyənin Antalyada keçiriləcək diplomatik forumda Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etməsini yaxşı ideya hesab edir.
“Moskva Türkiyənin Antalyadakı Diplomatik Forumda Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün təşkilini yaxşı ideya hesab edir”, – Rusiyanın BMT ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib.
Hazırda Belarusda Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçirilir. Nümayəndə heyətlərinin bundan əvvəlki ikinci görüşü martın 3-də Belovejskaya Puşçada baş tutub.
Xuraman Etibarlı,
KONKRET.az

Qatil Qatilov Qatilyeviç