Moskva “xüsusi əməliyyatı” başa çatdırmağa hazırdır, lakin… – Peskovbackend

Moskva “xüsusi əməliyyatı” başa çatdırmağa hazırdır, lakin... - Peskov

“Moskva “xüsusi əməliyyatı” başa çatdırmağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva “xüsusi hərbi əməliyyatı” başa çatdırmaq üçün şərtlər barədə Kiyevlə danışmağa hazırdır. Eyni zamanda, Kremlin tələbləri dəyişməz olaraq qalır”.

O, həmçinin əlavə edib ki, Kreml dəfələrlə Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu bəyan edib, “lakin Ukrayna tərəfi bu istiqamətdə təşəbbüs göstərmir”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*