Moskvada “3+3” formatında ilk görüş keçirildi – Bu məsələlər müzakirə olundu / YENİLƏNİBbackend

Moskvada “3+3” formatında ilk görüş keçirildi - Bu məsələlər müzakirə olundu / YENİLƏNİB

Rusiyanın paytaxtı Moskva şəhərində “3+3” formatında ilk görüş keçirilib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

Görüşdə aşağıdakı məsələlər müzakirə edilib.

-Çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri barədə danışılıb.

-Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

– Aidiyyəti nazirlik və idarələrin mümkün iştirakı ilə növbəri addımlar və gələcək üçün iş planları müzakirə edilib.

Beş ölkə Gürcüstanın da platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ölkəmizi xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

17:48

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilir.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Qeyd edək ki, “3+3” formatında görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.

***

09:50 
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək.

KONKRET.az xəbər verir ki, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.

Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.

Danışıqların “3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.

Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*