Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb: “Can Azərbaycanın cənab Prezidenti və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad gününüz mübarək, cənab Prezident!”.- Paylaşımda bildirilib.
