MSK ilkin nəticələri açıqladı – İlham Əliyev 92.10 faiz səs toplayıbbackend

MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyevin liderliyi davam edir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*