Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz Rauf Musayev ata olub.
KONKRET.az xəbər verir ki, bu barədə report-a R.Musayevin yaxınları məlumat verib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayevin noyabrın 19-da oğlu dünyaya gəlib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Azərbaycan Bayrağını posta Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rauf Musayev sancıb.

