Müəllimlərin imtahandan kəsilməsi direktorun ölümünə səbəb oldu? – RƏSMİ AÇIQLAMAbackend

Müəllimlərin imtahandan kəsilməsi direktorun ölümünə səbəb oldu? - RƏSMİ AÇIQLAMA  

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin müəllimi sosial şəbəkədə məktəb direktorunun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən öldüyünü iddia edən məlumat paylaşıb.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

KONKRET.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq yazılan məlumat tam təkzib olundu.

Bildirildi ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil:

“Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib.

Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem vardı. Bu üzdən ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, sertifikasiya imtahanı iyun ayının 8-də keçirilib, direktor isə iyunun 10-da dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.

 

  • Nizami Əhmədov
    İyun 14, 2024 - 06:51

    Sizin özünüzdə elə həmən yerə işləyirsiniz bu konkret.azi yazıb işləyənlər bilinmir siz bu müəllimlərdən nə isdəyirsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*