Müharibə başlayandan bu günə qədər 10 milyon ukraynalı ölkəsini tərk etmək məcburiyyətində qalıb.
KONKRET.az bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya fevral ayının 24-dən Ukraynaya müharibə elan edib. Ciddi uğurlar əldə edə bilməyən Rusiya ordusu ağır itkilər verib. Ukraynanın böyük şəhərləri mühasirəyə alınıb, hələ də cəbhədə qızğın döyüşlər gedir. Bu gün artıq müharibənin 42-ci günüdür.
Vəsilə İbrahim,
KONKRET.az
