“Müharibə bu templə iki ay davam etsə, o zaman Rusiya iqtisadiyyatında nə baş verəcək? – ÖZƏLbackend

“Müharibə bu templə iki ay davam etsə, o zaman Rusiya iqtisadiyyatında nə baş verəcək? - ÖZƏL

Rusiyanın Ukraynada apardığı müharibə rəsmi Moskvanı həm də Qərbin sanksiyaları ilə üz-üzə qoyub. Həm müharibə xərcləri, həm də iqtisadi sanksiyalar Rusiyanın çətin vəziyyətə düşməsi ilə nəticələnib. Belə bir məqamda müharibənin davam etdirilməsi üçün nə qədər vəsaitin tələb olunması da əsas müzakirə mövzusudur.

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Rusiyanın gündəlik müharibə xərcləri ilə bağlı dəqiq rəqəmlər söyləmək çətindir: “Amma bu barədə mediada müxtəlif məlumatlar yer alıb. Yayılan məlumatlara görə, yalnız hərbi xərclər gün ərzində 15-25 milyard dollara qədərdir. Təbii ki, müharibə yalnız hərbi xərclərlə yekunlaşmır. Rusiya iqtisadiyyatının bu xərclərə nə qədər tab gətirəcəyini indiki şərtlər daxilində söyləmək çətindir. Amma məsələ ondadır ki, Rusiyanın işğal niyyətləri nə qədər davam edəcəksə, onun məsrəfləri də bir o qədər çoxalacaq. Bu isə müharibənin tempinin aşağı düşməsinə, Ukraynanın müqavimətinin güclənməsinə və Rusiyanın məğlubiyyətinə gətirib çıxarda bilən ən optimist senaridir”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov əlavə edib ki, Rusiyanın aktivlərinin əsas hissəsi dondurulub: “Buna baxmayaraq Rusiya resurs ölkəsidir və dünyanın ən böyük enerji ixracatçılarındandır. Bundan rəsmi Kreml mümkün qədər istifadə edəcək. Eyni zamanda cəmiyyətin baxışları da,  müharibənin maliyyələşdirilməsində müəyyən qədər rol oynayır. Kifayət qədər qeyri-leqal toplanmış vəsaitlər də mövcuddur. Putinin idarəetməsi ilə həmin vəsaitlərin də müharibəyə cəlb olunması reallaşa bilər. Amma bu templə iki ay müharibə davam edərsə, o zaman Rusiya iqtisadiyyatı çox ciddi itkilərlə üz-üzə qalacaq. Çünki hökumətin hüquqi səviyyədə bu müharibəni maliyyələşdirmək imkanları azalacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*