“Müharibə və sanksiyalar Rusiyaya fəlakət gətirdi, daxili çaxnaşma qaçılmaz olacaq” – ÖZƏL AÇIQLAMAbackend

“Müharibə və sanksiyalar Rusiyaya fəlakət gətirdi, daxili çaxnaşma qaçılmaz olacaq” - ÖZƏL AÇIQLAMA

Günlərdir Ukraynaya qoşun yeridən və orada yüzlərlə günahsız insanın ölümünə səbəb olan Rusiya iqtisadiyyatı ağır sınaqlardan keçir. Müharibə dövründə şimal qonşumuza tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Lakin Rusiyanın Xarici işlər naziri Sergey Lavrov sanksiyaların bir növ müstəqillik vergisi olduğunu bildirib.

Bəs görəsən Lavrovun bele bir fikir yürütməsi özünütəskinlikdir yoxsa bu ifadənin arxasında hansısa məntiqi səbəblər dayanır?

Mövzu ilə bağlı  KONKRET.az-ın  suallarını politoloq Qabil Hüseynli cavablandlrlb. O bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar ölkənin iqtisadiyyatını çökdürüb: “Ölkənin maliyyə bazarı demək olar ki, çöküb. Rubl son üç gündə bir neçə dəfə dəyər itirib. Rusiya indi bir sıra məhsulların istehsalını dayandırmağa məcbur olub. Çünki həmin məhsulların digər komponentləri başqa ölkələrdən alınırdı. Üstəlik ölkə əhalisi üçün zəruri olan məhsulların istehsalında da kəskin dəyişikliklər əmələ gəlib. İnsanlar gündəlik tələbat olan  qida məhsullarını əldə edə bilmir. Ərzağın qiyməti çox artıb. Yəni Sergey Lavrovun nə deməsindən asılı olmayaraq tətbiq edilən sanksiyalar Rusiyanı bütün dünyadan ayırdı. Putin indi tək qalıb”.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli - Azinforum.az İnformasiya Portalı

Politoloqun sözlərinə görə, artıq Rusiya neftinin bazardan çıxarılması ilə bağlı müzakirələr gedir: “Bununla bağlı bazara təzyiq göstərmək istəyirlər. Məlumdur ki, onların  əsas gəlir mənbəyi neft və qaz satışından formalaşır. Əgər Rusiya neftinin bazara çıxarılmasına ciddi embarqolar qoyulsa, o zaman ölkəyə gələn valyuta axını ciddi həcmdə azalacaq. Hər halda sanksiyaların tətbiq edildiyi bir neçə gündə Rusiya iqtisadiyyatında çox ağır mənzərə yaranıb. Yaranan mənzərəyə əsasən demək olar ki,  müharibə elm tutumlu qərb şirkətlərinin ölkədən getməsinə səbəb oldu. Böyük məbləğdə investisiya axını kəsildi. Bundan sonra Rusiyaya sərmayə qoyuluşu məsələsi də mürəkkəbləşib. Kimin nə deməsindən asılı olmayaraq müharibə və sanksiyalar Rusiyaya fəlakət gətirdi. Ölkədaxili çaxnaşmalar qaçılmaz olacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*