Müharibədə bir qolunu itirən qazimizə dostu toy etdi — VİDEObackend

Müharibədə bir qolunu itirən qazimizə dostu toy etdi — VİDEO

“Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollanıb. Qəhrəmancasına vuruşaraq bir qolunu itirib”.

Sumqayıtda yaşayan qazi Mirağa Mirzəzadənin dünən toyu olub. Uşaq vaxtı doğmalarını itirən qazimiz üçün dostları tanışları səfərbər olublar. Ən sevincli günündə onu yalnız buraxmayıblar. Toyun bütün xərcini isə bəyin yaxın dostu Xəyal Xəlilov öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində könüllü iştirak edib.

Qazimizlə fəxr etdiyini bildirən bəyin ömür-gün yoldaşı Əntiqə xanım bu nigaha könüldən razı olduğunu bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*