“Müharibəni döyüş meydanında qazanmaq lazımdır” – Zaxarovadan Borrelə KƏSKİN REAKSİYAbackend

“Müharibəni döyüş meydanında qazanmaq lazımdır” – Zaxarovadan Borrelə KƏSKİN REAKSİYA

Rusiya XİN sözçüsü Mariya Zaxarova Borrelin “müharibədə qalib gəlməyin” yolu ilə bağlı fikirlərinə kəskin reaksiya verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrelin bəyanatını şərh edib. O bildirib ki, “müharibəni döyüş meydanında qazanmaq lazımdır”.

“Bu artıq Avropa Birliyi deyil, sadəcə olaraq NATO-nun iqtisadi əlaqələr şöbəsidir” – deyə Zaxarova ironiya nümayiş etdirib.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Ukraynanın ehtiyaclarına uyğun seçiləcək silahların tədarükü üçün 500 milyon avro ayrıldığını xatırladıb. Vəsaitin ayrılması təklifi ilk dəfə Aİ-nin Versal sammiti zamanı səsləndirilb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

  • Garachanta
    Aprel 9, 2022 - 22:03

    200 ildən artıq başımıza gətirilən bütün faciələrin müəllifi Çar Rusiyası, Sovet Rusiyası bu günkü Rusiyadır.

    RUS İBLİSİ MƏHV EDİLMƏSƏ YER KÜRƏSİNƏ RAHATLIQ OLMAYACAQ!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*