“Müxalifət bir-birinin boğazını dişlədikcə ölkədə vəziyyət yaxşılaşmayacaq” – Eduard Şarmazanovbackend

“Müxalifət bir-birinin boğazını dişlədikcə ölkədə vəziyyət yaxşılaşmayacaq” – Eduard Şarmazanov

Ermənistan “Respublika Partiyasının üzvü Eduard Şarmazanov müxalifət düşərgəsində ziddiyyətlərin olduğunu təsdiqləyib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Şarmazanov “İndiki komanda hakimiyyətdə qaldıqca, müxalifət bir-birinin boğazını dişlədikcə ölkədə vəziyyət yaxşılaşmayacaq” deyib:

“Müxalifətdə sırf öz ticarət maraqlarını rəhbər tutan insanların olduğunu istisna etmirəm. Söhbət liderlərdən getmir. Reallıqda nikolizmin maraqlarına xidmət edən insanlar da ola bilər. Çünki müxalifətçilər bir-birinə çamur atanda ancaq indiki rejim qazanır”, – Şarmazanov vurğulayıb. O qeyd edib ki, “aşağı səviyyədə” “dava” baş verir. Lakin bu, həm müxalifəti zəiflədir, həm də iqtidarın mövqelərini gücləndirir.

“Biz öz “mən”imizi bir kənara qoyaraq bu cinayətkar gücü aradan qaldırmağa və ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün yaradılmış ümumi hərəkata qoşulmağa hazırıq. Ancaq bu, yalnız hamımızın birlikdə işlədiyimiz təqdirdə mümkün olacaq” – Şarmazanov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*