“Narkotiklə və onun satışını təşkil edənlərlə mübarizədə bu layinənin ərsəyə gəlməsi işin xeyrinədir” – ÖZƏLbackend

“Narkotiklə və onun satışını təşkil edənlərlə mübarizədə bu layinənin ərsəyə gəlməsi işin xeyrinədir” - ÖZƏL

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə statistik məlumatlara dair interaktiv xəritə hazırlanıb. Bu barədə barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Maraqlıdır, bu xəritə son dövrlərdə hər kəsi narahat edən “ağ ölüm”lə mübarizəyə hansı töhfələri verəcək?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Sosioloq Lalə Mehralı cavablabdırıb. O bildirib ki, hələlik bəzi detallar tam bəlli olmasa da sözügedən layihə narkotiklə mübarizədə effekt verə bilər: “Həmin xəritənin təkcə statistik məlumatlardan ibarət baza olacağı yaxud narkotiklə mübarizə üçün xüsusi mexanizmin işlənəcəyi hələlik bəlli deyil. Əgər bu xəritə statistik məlumatlarla yanaşı  həm də narkotik alverçiləri ilə mübarizədə əməkdaşlıq bazası rolunu oynayacaqsa effekt verəcək. Təəssüf ki, son illər narkomaniya ölkəmizdə geniş yayılıb. Hətta azyaşlıların belə bu bəlaya meylləndiyini görürük”.

Sosioloq həm alqışlayır, həm də təklif verir

Sosioloq əlavə edib ki, əgər ciddi işlər görülməzsə vəziyyət daha da pisləşə bilər: “Bu mənada düşünürəm ki, narkotiklə, onun satışını təşkil edənlərlə  mübarizədə belə bir layinənin ərsəyə gəlməsi ümumi işin xeyrinə olacaq. İndiki dövrdə hər şey artıq elektron qaydada həll edilir. Dövrümüzdə bütün məsələlər demək olar ki, informasiya və kommunikasiya sistemləri üzərində qurulub. Virtual məkanda ən qısa vaxtda bütün problemlər həll edilir. Hesab edirəm ki, belə ciddi problemlə mübarizdə müasir çağırışlara cavab verən bazanın yaradılması ümumi işin lehinə olacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*