NATO-dan Rusiyaya MESAJ: “Kremlin bu məsələyə veto qoymaq və ya səs vermək hüququ yoxdur”backend

NATO-dan Rusiyaya MESAJ: “Kremlin bu məsələyə veto qoymaq və ya səs vermək hüququ yoxdur”

“Rusiya tərəfinin öz sferasına təsir etməyə haqqı yoxdur”.

KONKRET.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Moskva Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına mane olmamalıdır. Çünki bu qərar yalnız Kiyevdən və assosiasiyada iştirak edən ölkələrdən asılıdır:

“Rusiyanın bu məsələyə veto qoymaq və ya səs vermək hüququ yoxdur. Kremlin həmçinin qonşularına nəzarət etməyə çalışaraq onları təsir dairəsinə salmaq haqqı da mövcud deyil. NATO-nun suveren ölkələrə dəstəyinin təxribat olması fikri isə yanlışdır” – deyə Stoltenberq bildirib.

Beləliklə, NATO Rusiyaya aydın mesaj ötürür ki, Alyans şərqə doğru genişlənməyəcəyinə dair zəmanət verməyəcək və Moskva ilə təhlükəsizlik sahəsində dialoq aparmayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*