NATO-dan Rusiyaya XƏBƏRDARLIQ: “130 təyyarəmiz, 200 gəmimiz hazır vəziyyətdədir”backend

NATO-dan Rusiyaya XƏBƏRDARLIQ: "130 təyyarəmiz, 200 gəmimiz hazır vəziyyətdədir"

NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Rusiyanı Ukraynaya qarşı təcavüzü dayandırmağa çağırıb.

KONKRET.az UNİNA-a istinadən xəbər verir ki, o, NATO qoşunlarının hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb:

“Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşunumuz yüksək hazırlıq vəziyyətindədir”.

Y.Stoltenberq əlavə edib ki, NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*