NATO-nun Rusiyaya qarşı ikiüzlülüyünü sübut edən sənəd ortaya çıxdı – “Spiegel”-dən SENSASİON ARAŞDIRMAbackend

NATO-nun Rusiyaya qarşı ikiüzlülüyünü sübut edən sənəd ortaya çıxdı - “Spiegel”-dən SENSASİON ARAŞDIRMA

Britaniya arxivində Qərb ölkələrinin 1989-1991-ci illər danışıqları zamanı SSRİ-yə NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verdiyini təsdiq edən sənəd tapılıb.

O zaman, Qorbaçov müqavimət göstərmədən ADR və digər “sosializm ölkələrindən” imtina etdi. Bunun müqabilində amerikalılar və avropalılar NATO-nu dinc struktura çevirəcəklərinə söz verdilər.

Rusiya onilliklərdir ki, NATO-nun şərqə doğru genişlənməsinin Berlin divarının dağılmasından dərhal sonra Qərbin verdiyi vədlərin pozduğunu iddia edir. Budur,  Rusların iddiasın sübut edən sənəd ortaya çıxdı.

Bir neçə həftə əvvələ qədər NATO-nun baş katibi Yens Stoltenberq özünü çox inamlı aparırdı. Norveçli “Spiegel”-in NATO-nun 1990-cı illərdə şərqə doğru genişlənməmək barədə vəd verib-vermədiyi sualına əminliklə cavablandırıb.

Stoltenberq belə cavab verib: “Bu, sadəcə olaraq, doğru deyil. Belə vəd heç vaxt verilməyib, heç vaxt belə pərdəarxası razılaşma olmayıb. Bu, sadəcə söz –söhbətdir”.

İndi isə Stoltenberq kimi Qərbin bir çox siyasətçiləri, hərbçiləri və jurnalistləri də vəziyyəti görür. Qərb və ABŞ öz vədinə əməl etmir. Özü də indi yox, lap çoxdan.

Yada salaq ki, 1999-cu ildə Polşa, Macarıstan, Çexiya, sonra isə digər Şərqi Avropa ölkələri NATO-ya qəbul edildi. Halbuki, bu 1989-cu ildə Berlin divarının yıxılmasından sonra Moskva ilə bağlanmış razılaşmalara zidd idi.

Ona görə də Rusiya prezidenti Putin Qərbin NATO-nun genişlənməsi ilə ölkəsinin aldadıldığını təkrarlayır. Putin bu iddiaları müqabilində isə heç bir Avropa siyasətçisi həqiqəti etiraf etməyə özündə cəsarət tapmır. Çünki, Avropada hər kəs indiki halda ən çox qorxduğu şey adının Putinlə birgə hallanmasıdır. Bu isə onu göstərir ki, avropalılar rusiyalılarla müqayisədə daha ikiüzlü və qeyri-səmimidir.

Təbii ki, belə məqamda Stoltenberqin fikirləri ciddi suallar doğurur. Çünki, Britaniya Milli Arxivinin üzə çıxardığ sənəd birmənalı şəkildə NATO-nun baş katibinin dediklərini inkar edir. Bu sənədi amerikalı politoloq Coşua Şifrinzon üzə çıxarıb. Baxmayaraq ki, sənəd məxfiləşdirilib.

Sənəddə ABŞ Xarici İşlər Nazirliyinin, Britaniya, Fransa və Almaniyanın dövlət katiblərinin 1991-ci il martın 6-da Bonn görüşündən bəhs edilir. Görüşün mövzusu Polşa və digər Şərqi Avropa ölkələrinin təhlükəsizliyi olub.

Xatırladaq ki, ADR və AFR artıq bu görüşdən beş ay əvvəl birləşmişdi. Və artıq bir neçə ay idi ki, Varşava və Budapeşt siyasətçiləri NATO ilə ittifaqda maraqlı olduqlarını bildirirdilər. Və bu sənəd sübut edir ki, həmin günlərdə ingilislər, amerikalılar, almanlar və fransızlar o zaman birləşmişdilər: Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyü “qəbuledilməz sayılırdı”.

Bu sənəddə Almaniya nümayəndəsi Yurgen Xroboqun aşağıdakı qeydi xüsusi maraq doğurur: “2+4 düsturuna dair danışıqlar zamanı biz bunu açıq şəkildə bildirdik: NATO Elbanın o biri tərəfinə qədər genişlənməyəcək. Ona görə də biz təklif edə bilmərik. Polşa və digər Şərqi Avropa ölkələri NATO-ya üzv olsunlar”.

Xatırladaq ki, 2+4 danışıqları AFR və ADR arasında İkinci Dünya Müharibəsində qalib gələn dörd dövlətin (Böyük Britaniya, SSRİ, ABŞ, Fransa) nümayəndələri ilə danışıqlar olub. Hələ 1993-cü ildə, Putin rejiminin yaranmasından xeyli əvvəl ruslar o vaxt qəfil dərc olunmuş NATO-nun genişlənməsi planlarının 2+4 danışıqlarının ruhuna və nəticədə əldə olunan sənədə zidd olduğunu vurğulamışdılar.

Sənədə əsasən, ruslar öz etirazlarında 1991-ci ildə Almaniya Federativ Respublikası rəhbərliyinin – kansler Helmut Kol (CDU) və Hans-Ditrix Genşerin (FDP) rəsmi təminatlarına istinad ediblər. Amerikalılar da 1991-ci ildəki vəziyyəti Putinin indi təqdim etdiyi kimi, NATO-nun genişlənməsinin qarşısını almaq kimi görürdülər.

Sənədə görə, ABŞ nümayəndəsi Raymond Seitz Kroboqla razılaşaraq deyib: “Biz Sovet İttifaqını – 2+4 və digər danışıqlarda aydın şəkildə əmin etmişik ki, Sovet qoşunlarının Şərqdən geri çəkilməsindən heç bir fayda əldə etməyəcəyik. Avropa. NATO formal və ya qeyri-rəsmi olaraq şərqə doğru genişlənməməlidir”.

Klaus Viegrefe,”Şpiegel” jurnalı. Almaniya.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*